Cari ilin 8 ayında MDSS üzrə daxilolmalarda 7,6% artım qeydə alınıb
22 SENTYABR 2025
2025-ci ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 297,0 mln. manat və ya 7,6% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 129,8 mln. manat və ya 10,3%, qeyri-büdcə təşkilatları üzrə isə 334,7 mln. manat və ya 13,6% artımla olub.







