Cari ilin 7 ayında sığortaolunanların sayı 1,76% artıb
21 AVQUST 2025
2025-ci ilin yanvar-iyul ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 91 min nəfərdən çox olub və ya 1,76% artıb.
Beləliklə, 2025-ci ilin 1 avqust tarixinə uçota alınmış sığortaolunanların sayı 5 mln. 200 min nəfərdən çox olub.







