BPSFA-nın təşkilatçılığı ilə vebinar keçirilib
18 MART 2025


Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) təşkilatçılığı ilə “Əmək bazarının transformasiyası və XXI əsrin çağırışları fonunda region ölkələrinin sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat sistemində iki baza modeli: fondlar və benefisiarlar üçün xüsusiyyətlər, məhdudiyyətlər və risklər, keçmişə baxış və perspektivlər mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də məşğulluğun təşviqi istiqamətində sosial-sığorta münasibətlərinin konseptual xüsusiyyətləri müzakirə olunub.