ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

UNICEF ekspertləri DSMF-də olublar
08 iyun 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri Şarlin Ramkisun və Riçard Çirçir ilə görüş keçirilib.

Görüşdə sosial təminat sisteminin təkmilləşdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Fondun İdarə Heyətinin sədr müavini Mətin Əsgər Azərbaycanda son illər ərzində sosial təminat sahəsində həyata keçirilən islahatlar, tətbiq olunan innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər və sosial yardım mexanizmləri barədə məlumat verib.