Biləsuvar rayonunda ictimai dinləmə keçiriləcək
14 sentyabr 2023
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 28 sentyabr 2023-cü il tarixində saat 15:00-da Biləsuvar rayonunda Neftçala və Biləsuvardan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə ünvanlı dövlət sosial yardımına dair dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Biləsuvar və Neftçala rayonlarındakı qəbul şöbələrinə yaxınlaşıb, Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 432-02-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.