ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
16 APREL 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat investisiyaları üçün mühasibat uçotu və maliyyə hesabatı standartları və təcrübələri” mövzusunda beynəlxalq vebinar keçirilib. 
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Cəfər Muxtarzadənin təqdimatla çıxış etdiyi vebinarda sosial təminat qurumları üçün normativ baza və standartlar, tətbiq olunan mühasibat uçotu və maliyyə hesabatı prinsipləri, bu prinsiplərin sosial təminat qurumlarının təcrübəsində tətbiqi üsulları müzakirə olunub. 
Mühasibat uçotu və maliyyə hesabatı standartlarının pul ehtiyatları və investisiya qərarlarına təsiri ətrafında fikir mübadiləsi aparılıb.