ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
29 mart 2024

“Rəqəmsal Konvergensiya Təşəbbüsü” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Sosial müdafiə və əmək bazarı siyasətlərinin optimallaşdırılması – İndoneziyanın “Prakerja” sosial yardım proqramına baxış” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə qurumların sosial təminat sahəsində informasiya sistemlərini necə tərtib etdiklərinə dair texniki detallar üzrə məlumat mübadiləsi üsulları müzakirə olunub. Eləcə də qurumların qarşılıqlı fəaliyyətlə bağlı əsas problemlərin öhdəsindən necə gəldiyi, mövcüd maneələrin həll yollarının təhlil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.