ISSA-nın təşkilatçılığı ilə vebinar keçirilib
08 oktyabr 2024
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat sahəsində robot proseslərinin avtomatlaşdırılmasından (RPA) faydalı istifadə” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda RPA-nın mahiyyəti, sosial təminat qurumlarında tətbiqi, sosial təminatla bağlı iş proseslərini sadələşdirmək üçün ondan istifadənin əsas üstünlükləri müzakirə olunub.
Eləcə də sistemdə geniş dəyişikliklər tələb olunmadan RPA alətlərinin mövcud İT infrastrukturuna inteqrasiyası, bu alətlərin tətbiqi zamanı qarşıya çıxan çətinliklər, süni zəkadan istifadə sahəsində son yeniliklər nəzərə alınmaqla RPA-nın gələcəyi ətrafında fikir mübadiləsi aparılıb.
Digər