Azərbaycanla İndoneziya arasında sosial sığorta və pensiya təminatı sahəsində fikir mübadiləsi aparılıb
22 SENTYABR 2026

Azərbaycanla İndoneziyanın sosial sığorta və pensiya təminatı sistemi müzakirə edilib. Bu sahədə fikir mübadiləsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Şahin Əliyevin İndoneziyanın paytaxtı Cakarta şəhərində bu ölkənin Məşğulluq üzrə Sosial Təminat Agentliyinin (MSTA) xidmətlər direktoru Trisna Sonjaya və Səhiyyə üzrə Sosial Təminat Agentliyinin (SSTA) prezidenti Prihati Pujovaskito ilə görüşü zamanı olub.

Görüşlərdə Ş.Əliyev DSMF-nin fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar barədə məlumat verib. Eyni zamanda Azərbaycanda həyata keçirilən innovativ yanaşmalar, elektron infrastruktur vasitəsilə təqdim olunan proaktiv xidmətlər və sosial xidmətlərin elektronlaşdırılması məsələləri diqqətə çatdırılıb.

MSTA-nın xidmətlər direktoru Trisna Sonjaya və SSTA-nın prezidenti Prihati Pujovaskito İndoneziyanın pensiya-sığorta və icbari tibbi sığorta sisteminin strukturu, bu sahədə görülmüş işlər və tətbiq ediləcək yeniliklər haqqında məlumat veriblər.