Apreldə 1 772 vətəndaş müraciəti cavablandırılıb
01 MAY 2025


Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin aprel ayı ərzində 1772 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 623-ü ünvanlı dövlət sosial yardımı, 323-ü pensiya təyinatı, 494-ü sosial müavinət və təqaüd, 31-i sosial sığorta və fərdi uçot, 301-i isə digər istiqamətlər üzrə olub.