9 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 697 milyon manat çox olmaqla 7 milyard 871 milyon manat ödənilib
28 OKTYABR 2026

9 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard 871 milyon manat vəsait ödənilib.

O cümlədən 9 ayda:

  • pensiyalar üzrə 5 milyard 874 milyon manat,
  • müavinətlər üzrə 1 milyard 83 milyon manat,
  • təqaüdlər üzrə 609 milyon manat,
  • ünvanlı dövlət sosial yardımı üzrə 305 milyon manat

 vəsait ödənişi həyata keçirilib. 

Bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 697 milyon manat (10 faiz) çox olub.