8 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 633 milyon manat çox olmaqla 7 milyard manat ödənilib
24 SENTYABR 2026
8 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
O cümlədən, 8 ayda
· pensiyalar üzrə 5 milyard 222 milyon manat,
· müavinətlər üzrə 961 milyon manat,
· təqaüdlər üzrə 542 milyon manat,
· ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.
Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.
Digər







