2026-cı ilin doqquz ayında MDSS haqları üzrə daxilolmalarda 5,9% artım qeydə alınıb
28 OKTYABR 2026
2026-cı ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,3 mln. manat və ya 5,9% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 114,2 mln. manat və ya 7,4%, qeyri-büdcə təşkilatları üzrə isə 295,7 mln. manat və ya 9,5% artımla olub.







