Yanvarda 26 092 sosial ödəniş proaktiv qaydada həyata keçirilib
10 FEVRAL 2025

2025-ci ilin yanvar ayı ərzində 26 092 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Onlardan 4 856-sı pensiya, 21 236-sı müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.