1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş xeyriyyə tədbiri təşkil edilib
03 İYUN 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan tədbirdə Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin müharibə ilə əlaqədər əlilliyi müəyyən edilmiş şəxslərin 5-10 yaşlı 50 övladı iştirak edib.

Uşaqlar “McDonald’s” restoranında nahar edib, “Kinderland” əyləncə mərkəzində maraqlı vaxt keçiriblər. Onlar incəsənət və sənətkarlıq üzrə, supermarket və tikinti sahəsinin əməkdaşı, moda, gözəllik, yanğınsöndürmə və səhiyyə mütəxəssisləri kimi özlərini sınayıblar. 

Uşaqlar həm də tramplin əraziləri, şəhər labirinti və dırmanma divarları kimi əyləncə növlərində həmyaşıdları ilə oynayaraq maraqlı vaxt keçiriblər.

DSMF və “McDonald's Azərbaycan”ın birgə təşkil etdiyi tədbirin sonunda uşaqlara məntiq və təfəkkürü inkişaf etdirən intellektual oyunlar hədiyyə edilib.