Yardımlıda ictimai dinləmə keçiriləcək
05 NOYABR 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 23 noyabr 2024-cü il tarixində saat 15:00-da Yardımlı rayonunda Masallı və Yardımlıdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Yardımlıda yerləşən qəbul şöbəsinə və Masallıda yerləşən regional filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.