Yanvar-oktyabr aylarında DSMF 1 milyon 155 min şəxsə 1 milyard 883 milyon manat müavinət və təqaüd ödəyib
20 NOYABR 2026
10 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 1 milyon 155 min şəxsə 1 milyard 883 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Onlardan:
- 526 min nəfərə müavinət olaraq 1 milyard 57 milyon manat,
- 408 min nəfərə Prezident təqaüdü olaraq 677 milyon manat,
- 221 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 149 milyon manat
ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən həm müavinətlər, həm də təqaüdlər üzrə 10 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 3 faiz çox olub.
Bu ilin 10 ayında daha 123 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 1 milyon müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.







