Cari ilin 8 ayı ərzində 13 641 vətəndaş müraciəti cavablandırılıb
01 SENTYABR 2025
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar-avqust ayları ərzində 13 641 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 4 626-sı ünvanlı dövlət sosial yardımı, 3 023-ü pensiya təyinatı, 3 671-i sosial müavinət və təqaüd, 228-i sosial sığorta və fərdi uçot, 2 093-ü isə digər istiqamətlər üzrə olub.







