“Süni zəka iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısını ala bilərmi?” mövzusunda vebinar keçirilib
19 FEVRAL 2025


Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkilatçılığı ilə “Süni zəka iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısını ala bilərmi?” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda Avropanın tikinti sənayesində əmək müfəttişlərinin əməyinin təhlükəsizliyini təmin etmək üçün istifadə olunan təcrübələr müzakirə edilib, bədbəxt hadisələrin qarşısını almaq və resursların daha səmərəli bölüşdürülməsini təmin etmək məqsədilə proqnozlaşdırıcı analitik təhlillərin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Digər