ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

5 ay ərzində ödənilmiş müavinət və Prezidentin aylıq təqaüdü
14 iyun 2023

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 446 min nəfərə sosial müavinət, 372 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 409 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 266 mln. manat ödənilib.

Son 5 ayda 57,7 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 486,7 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.