Sığortaedənlərin sayı 3,91% artıb
21 oktyabr 2024
2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 78 417 vahid və ya 3,91% artaraq 2 087 825 vahid təşkil edib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 12 715, fiziki şəxslər üzrə 57 045, torpaq mülkiyyətçiləri üzrə isə 8 657 vahid artıb.