Sığortaedənlərin sayı 30,7 min vahiddən çox artıb
14 MAY 2026
2026-cı ilin yanvar-aprel ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 30,7 min vahiddən çox artaraq 2,2 milyon vahiddən çox olub.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 4,3 min, fiziki şəxslər üzrə 24,6 min, torpaq mülkiyyətçiləri üzrə isə 1,7 min vahiddən çox artıb.







