Sığortaolunan kimi uçotda olmayan şəxs xüsusi hesaba əlavə ödəniş edə bilməz.
Xüsusi hesaba ödənilən əlavə vəsaitlərin məbləği əmək pensiyasının minimum məbləğinin 3300 mislindən çox ola bilməz.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pensiya təyinatı aparıldıqdan sonra həmin şəxs üçün xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsinə icazə verilmir.
Xüsusi hesaba mədaxil olunmuş vəsaitlərdən əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə istifadə edilir.
Sığortaolunan fərdi şəxsi hesabına əlavə vəsaitləri ödəmək üçün xüsusi hesabın aktivləşdirilmsi üçün müraciət edə bilər.
Sığortaolunanlar xüsusi hesabına əlavə vəsait ödəmək üçün rekvizitlər aşağıdakılardır:
- Hesablaşma hesabı nömrəsi: AZ52CTRE00000000000007018590,
- VÖEN: 1300115511,
- Büdcə təsnifat kodu: 122200,
- Büdcə səviyyəsi kodu-4.
Ödənişin təyinatında- şəxsin adı, soyadı, ata adı və FİN nömrəsi qeyd edilməlidir.