İlk dəfə əmək fəaliyyətinə başlayan şəxsə fərdi şəxsi hesab açılmalıdır.
Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.
Fərdi şəxsi hesabda qeydə alınmış mdss haqları hər il istehlak qiymətlərinin illik səvəyyəsinə uyğun indeksləşdirilir.
Vətəndaşlar fərdi şəxsi hesablarına e-sosial.az internet portalında asan imzadan və ya elektron imzadan istifadə etməklə, həmçinin Fərdi İdentifikasiya Nömrəsini (FİN) və adına olan mobil nömrəni qeyd etməklə qeydiyyatdan keçərək baxış edə bilərlər.
Vətəndaşlar rəqəmsal xidmətlərdən istifadəni rahat formada təqdim edən vahid giriş sistemi “ASAN login” vasitəsi ilə e-sosial.az internet portalına daxil olaraq fərdi şəxsi hesablarına baxış imkanı əldə edə bilərlər.