ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid ailələri ziyarət edilib
13 sentyabr 2024

Vətən müharibəsinin ildönümü ərəfəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavinləri Lənkəran, Ağdaş, Quba və Hacıqabul rayonlarında yaşayan şəhid ailələrini ziyarət edib, onların sosial vəziyyətləri ilə maraqlanıblar. 
DSMF-nin  sədr müavini Mətin Əsgər Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olmuş Ağali Zaur Kamil oğlunun Lənkəran rayonu Zövlə kəndində yaşayan ailəsi, Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olmuş gizir Talıbov Təbriz Məhrəməli oğlunun Lənkəran rayonu Kürə qəsəbəsində yaşayan ailəsi və 2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş mayor Əkbərov Aqil Fayəddin oğlunun Lənkəran rayonu Xolmili kəndində yaşayan ailəsi ilə görüşüb. 
Fondun sədr müavini Zəka Mirzəyev Vətən müharibəsi zamanı Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuş Hüseynov Fərid Ehtibar oğlunun Ağdaş rayonunda yaşayan ailəsini ziyarət edib. Şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğunu, onların sosial vəziyyətlərinin daim diqqətdə saxlanıldığını vurğulayıb. 
DSMF-nin sədr müavini Səfər Mehdiyev Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Suqovuşan, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Babayev Taleh Xanmurad oğlunun Quba rayonunda yaşayan ailəsi ilə görüşüb. Görüşdə şəhid ailələrinə göstərilən sosial dəstək tədbirlərindən danışılıb. 
Fondun sədr müavini Əli Mövsümov Vətən müharibəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Cəbrayıl, Qubadlı, Laçın döyüşlərində iştirak etmiş və Laçın rayonunun Güləbird kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Hüseynov Nicat Adil oğlunun Hacıqabul rayonunda yaşayan ailəsini ziyarət edib. O, ailənin sosial vəziyyəti ilə maraqlanıb, onların diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Görüşlər zamanı Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında imzalanmış memoranduma əsasən “Bilik Günü” layihəsi çərçivəsində bu il birinci sinfə gedəcək şəhid övladlarına məktəbli ləvazimatları, məktəbli çantası və s. əşyalar təqdim olunub.