Sabirabad rayonunda keçiriləcək vətəndaş qəbulunun və ictimai dinləmənin vaxtı dəyişdirilib
16 APREL 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin Sabirabad rayonunda aprelin 17-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun və Fond tərəfindən təşkil olunacaq ictimai dinləmənin vaxtı dəyişdirilib.

Vətəndaşlara qəbulun və ictimai dinləmənin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.