“Pensiyalar üzrə sosial-transformativ investisiya prinsiplərinin yenilənməsi: praktik təlimat” mövzusunda vebinar keçirilib
04 noyabr 2024
Mənzil-qərargahı Birləşmiş Krallıqda yerləşən “Pensions for Purpose” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiyalar üzrə sosial-transformativ investisiya prinsiplərinin yenilənməsi: praktik təlimat” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda prinsiplərin yenilənməsinə dair məlumat, yaxın zamanda tətbiq ediləcək təkmilləşmələr və izahlar, prinsiplərin dəstəkçisi və ya tətbiqçisi olmaq istəyənlər üçün növbəti addımlar müzakirə olunub.