Ötən dövrdə 880 min pensiya, müavinət və təqaüd e-sistem üzərindən proaktiv qaydada təyin edilib
17 FEVRAL 2025


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.
Bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.