- Müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir;
- Müavinət hər doğulan uşağa görə verilir.
Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, uşağın anadan olmasına görə dövlət tərəfindən sosial yardım məqsədilə 500 manat məbləğində birdəfəlik müavinət verilir.
31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün bu müavinət proaktiv qaydada, yəni şəxsin hüququ yarananda onun müraciət etməsini gözləmədən təyin olunur və bu barədə valideynin elektron ünvanına və sığortaolunana məxsus mobil nömrəyə (olduğu halda) bildiriş göndərilir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət sığortaedən tərəfindən müraciət edildikdə verilir.
Elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar "Kapital Bank"ın "Birbank" mobil tətbiqinə daxil olaraq, "əməliyyatlar" hissəsində onlara təyin edilmiş birdəfəlik müavinəti görə bilərlər.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.
[chartId352]