Hamiləliyə və doğuma görə müavinət ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Bu müavinətin məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Uşaq ölü doğulduqda hamiləliyə və doğuma görə müavinət ödənilir.
Hamiləliyə və doğuşa görə məzuniyyət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsində qeyd edilən müddətlərdə verilir.
- normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
- doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
- iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).