Dəfn üçün müavinət

Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir. 
Sığortaolunanlara ödənilən dəfn üçün müavinətin məbləği 500 manat, əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında - 960 manat müəyyən olunub. 
Əlavə olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, sığortaolunanın vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. 

Elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar "Kapital Bank"ın "Birbank" mobil tətbiqinə daxil olaraq, "əməliyyatlar" hissəsində dəfn üçün onlara təyin edilmiş birdəfəlik müavinəti görə bilərlər.

Dəfn üçün müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

Müraciətə baxış