ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət
İşləyən və uşaq doğmuş anaya hamiləlik dövrü bitdikdən sonra uşağa qulluq edilməsinə görə ödənilən aylıq müavinət uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün müavinət hesab olunur.

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Qeyd edilən müavinət iki dövr üzrə - bir yaş yarımadək olan dövr üzrə və bir yaş yarımdan üç yaşadək olan dövr üzrə verilir.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

Uşağın bir yaş yarımına qədər müavinət 44 manat, bir yaş yarımdan üç yaşadək dövr üçün isə 28 manat müəyyən edilmişdir.

Müraciətə baxış