İyulda 48 741 vətəndaş qəbul edilib
29 avqust 2024
2024-cü ilin iyul ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 48 741 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu vətəndaşların 137 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 2 469 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 4 546 nəfəri mərkəzi, 41 589 nəfəri isə regional filiallarda qəbul edilib.