Fevralda MDSS üzrə daxilolmalarda 95,5 mln. manat və ya 11,1% artım qeydə alınıb
14 MART 2025

2025-ci ilin yanvar-fevral ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 95,5 mln. manat və ya 11,1% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 mln. manat və ya 3,6%, qeyri-büdcə təşkilatları üzrə isə 85,5 mln. manat və ya 15,2% artımla olub.

Qeyd: Operativ məlumatdır.