ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Yeni layihənin icrasına başlanılıb
03 sentyabr 2024

“Ev təsərrüfatları kitablarının elektronlaşdırılması” layihəsinə başlanılıb

Layihənin ilk etapda Şirvan şəhəri, Şamaxı və Astara rayonlarında həyata keçirilməsi planlaşdırılır. Bu rayonlarda layihə çərçivəsində ümumilikdə 67 594 ev təsərrüfatından 26 149 (38,69%) ev təsərrüfatı elektronlaşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi, əlilliyi olan şəxslər üçün yeni platformaların və elektron kvotanın tətbiqi, ünvanlı dövlət sosial yardımı almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və şərtlərin optimallaşdırılması, ailələrin sosial yardım almaq hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sisteminin təkmilləşdirilməsidir. Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması və daha sonra sosial yardımın təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılması da qarşıya qoyulmuş məqsədlərdəndir.