DSMF tərəfindən Ağdaş rayonunda ictimai dinləmə keçiriləcək
10 yanvar 2025
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 17 yanvar 2025-ci il tarixində saat 15:00-da Ağdaş rayonunda Ucar və Ağdaşdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Ağdaş və Ucar rayonlarında yerləşən qəbul şöbələrinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.
Digər