DSMF sədri Zəka Mirzəyev Beyləqan rayonunda Füzuli və Beyləqan sakinlərini qəbul edəcək
04 SENTYABR 2026

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 18 sentyabr 2026-cı il tarixində saat 11:00-da Beyləqan rayonunda Füzuli və Beyləqan sakinlərini qəbul edəcək.

Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, sentyabrın 11-dək Fondun Beyləqan və Füzuli rayonlarında yerləşən qəbul şöbələrinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, dsmf_vqrsbid@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.