DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək
26 MAY 2026

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 12 iyun 2026-cı il tarixində saat 11:00-da Sumqayıtda şəhər sakinlərini qəbul edəcək.

Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, iyunun 5-dək Fondun Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, dsmf_vqrsbid@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.