ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri Hacıqabulda sakinləri qəbul edəcək
27 mart 2024

Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 4 aprel 2024-cü il tarixində saat 11:00-da Hacıqabul rayonunda Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək. 
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, aprelin 1-dək Fondun Hacıqabul rayonunda yerləşən qəbul şöbəsinə, həmçinin Şirvan şəhərində yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.