ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri İsmayıllıda sakinləri qəbul edəcək
20 AVQUST 2024

Hörmətli vətəndaşlar! 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 30 avqust 2024-cü il tarixində saat 11:00-da İsmayıllı rayonunda Şamaxı və İsmayıllı sakinlərini qəbul edəcək. 
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 23-dək Fondun İsmayıllı rayonunda yerləşən qəbul şöbəsinə və Şamaxı rayonunda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.