DSMF sədri Ağdaşda Ucar və Ağdaş sakinlərini qəbul edəcək
06 yanvar 2025
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 17 yanvar 2025-ci il tarixində saat 11:00-da Ağdaş rayonunda Ucar və Ağdaş sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, yanvarın 10-dək Fondun Ağdaş və Ucar rayonlarında yerləşən qəbul şöbələrinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.