ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib
16 iyun 2023
“Caspian Energy Club” tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir təşkil olunub. Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Mətin Əsgər “Ümummilli lider Heydər Əliyevin sosial təminat konsepsiyası” mövzusunda çıxış edib. M.Əsgər ölkəmizdə ünvanlılıq, bərabərlik və ədalətlilik prinsipləri əsas götürülərək qurulmuş müasir pensiya-sığorta modeli barədə məlumat verib.
Eyni zamanda Fondun fəaliyyət istiqamətləri, sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı son illər ərzində görülən işlərdən danışılıb. Tətbiq edilən innovativ yanaşmalar, proaktiv xidmətlər, sosial yardım mexanizmləri, qarşıda duran prioritet hədəflər diqqətə çatdırılıb.