DSMF-nin fəaliyyət istiqamətləri üzrə 30 887 vətəndaş müraciəti cavablandırılıb
22 APREL 2025


2025-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 30 887 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Həmin vətəndaşların 104 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 009 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 349 nəfəri mərkəzi, 27 425 nəfəri isə regional filiallarda qəbul edilib.