DSMF-nin fəaliyyət istiqamətləri üzrə 125 457 vətəndaş müraciəti qeydə alınıb
29 APREL 2025

2025-ci ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 125 457 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 50 893-ü pensiya, 30 026-sı müavinət, 4 248-i Prezident təqaüdü, 26 598-i ünvanlı dövlət sosial yardımı, 3 053-ü fərdi uçot və sosial sığorta, 486-sı dövlət icbari şəxsi sığorta və 10 153-ü isə digər istiqamətlərlə bağlı olub.