DSMF-nin əməkdaşları vebinarda iştirak edib
23 İYUN 2023
“İnkişaf Yolları” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Orta Şərq və Şimali Afrika (OŞŞA) regionunda sosial inklüzivlik gündəliyinin həyata keçirilməsi: əlil şəxslərin sosial müdafiə hüququ” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda Orta Şərq və Şimali Afrika regionunda əlilliyi olan şəxslərin sosial müdafiə hüququnun həyata keçirilməsinin əsas amilləri, sosial inteqrasiya proqramının aktivləşdirilməsi üçün atılması vacib addımlar müzakirə edilib.
Vebinarda bir çox beynəlxalq təşkilatların nümayəndələri təqdimatlarla çıxış edib.