ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları Sinqapurda təlimdə iştirak ediblər
15 oktyabr 2024

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları Asiya Məhsuldarlıq Təşkilatı (APO) tərəfindən Sinqapurda təşkil edilmiş “Xidmət sektorunda işin yenidən dizaynı” mövzusunda təlimdə iştirak ediblər.
Təlimdə Azərbaycanla yanaşı Türkiyə, Çin, Tailand, Koreya, İndoneziya, Hindistan, Pakistan və Yaponiyanın dövlət orqanlarından nümayəndələr iştirak ediblər. Tədbir çərçivəsində nüfuzlu beynəlxalq tədqiqat institutlarının ekspertləri xidmət sektorunda işin yenidən dizaynı üzrə müasir tendensiyalar barədə geniş məlumat veriblər. Mühazirələrdə işin yenidən dizayn prosesinin həyata keçirilmə üsulları və işçilərin yeni iş modellərinə uyğunlaşdırılması metodları ətraflı şəkildə müzakirə olunub. 
Eyni zamanda ekspertlər Sinqapurun qabaqcıl müəssisələrində işçilərin avtomatlaşdırma prosesinə uyğunlaşdırılması və yeni bacarıqların mənimsənilməsi üzrə həyata keçirilən təlim proqramlarını təqdim ediblər.
Təlim proqramı çərçivəsində Sinqapurun Ömürboyu Təhsil İnstitutuna (Lifelong Learning Institute) və Çanqi Beynəlxalq Hava Limanına səfər təşkil edilib, təlim iştirakçılarına dəyişən iş mühitinə uyğunlaşdırılması prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Təlimin yekun sessiyasında iştirakçılar qazandıqları bilik və təcrübələrdən ibarət təqdimatlarla çıxış ediblər. DSMF-nin nümayəndə heyəti müzakirələrdə mövzunun müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb. Təlimin sonunda DSMF əməkdaşlarına fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.