İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanunu ilə tənzimlənir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir.
Sığortalı qurumlar:
- sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları və bələdiyyələr;
- dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər;
- dövlət adından yaradılan publik hüquqi şəxslər;
- büdcə təşkilatları.
Sığorta olunanlar:
- sığortalı qurumlarda Azərbaycan Respublikası Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmək funksiyalarını yerinə yetirən şəxslər;
- istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
- könüllü fəaliyyətin iştirakçısı olan könüllülər,
- mülkü-hüquqi müqavilə ilə çalışanlar.
Sığorta haqqı - sığorta olunanın bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir və büdcə ili üçün hesablanır.
Sığorta haqqı hər il büdcə ilinin əvvəlində, lakin mart ayının 31-dən gec olmayaraq birdəfəlik ödənilir.
Könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanılmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başlandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.
Büdcə ili ərzində yeni sığortalı yarandıqda, sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı dəyişiklik edilən tarixdən müvafiq büdcə ilinin sonunadək qalan vaxta mütənasib şəkildə yenidən hesablanır və yenidən hesablanmış sığorta haqları hesablanmaya əsas olan halın yarandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.
Sığorta haqlarının köçürüləcəyi hesabın rekvizitləri aşağıdakı kimidir:
B1. Benefisiar(alan) bank
Adı: AR MN yanında Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
SWİFT BİC: CTREAZ22
B2. Alan müştəri / Beneficiary
Adı: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
H/H №: AZ64CTRE00000000000002137625
VÖEN: 1700093011
Büdcə səviyyəsi kodu -4
Büdcə təsnifatının kodu - 122200
Qeyd: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.10.2018-ci il tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı"na dəyişiklik edilənədək müvəqqəti olaraq 122200 təsnifat kodundan istifadə edilir.
Sığorta tarifi - peşə risk dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq sığorta tarifi aşağıdakı kimi müəyyən edilir:
- Qulluqçular üçün 0,2-0,5 % arasında;
- Fəhlələr üçün 0,4-2,0 % arasında.
Sığorta hadisəsi – istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu sahədə mövcud olan qanunvericilik aktlarına görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır.
Faydalanan şəxslər aşağıdakılardır:
- sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar;
- sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər:
- sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
- sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
- sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;
- sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır.
Faydalanan şəxslərə veriləcək sığorta ödənişlərinin növləri:
- aylıq sığorta ödənişi;
- birdəfəlik sığorta ödənişi;
- əlavə sığorta ödənişi.
Aylıq sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildikdə itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
Birdəfəlik sığorta ödənişi – bu sahədə olan qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:
- sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə;
- sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda;
- sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.
Əlavə sığorta ödənişi - sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.
Qanunvericilik:
- https://e-qanun.az/framework/19789 - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu;
- https://e-qanun.az/framework/62391 - “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 3 avqust tarixli 256 nömrəli Qərarı;
- https://e-qanun.az/framework/21012 - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarı;
- https://e-qanun.az/framework/20560 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün Qaydası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”.




