Cari ilin yeddi ayında 267 491 vətəndaş müraciəti qeydə alınıb
25 AVQUST 2026
2026-cı ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 267 491 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 105 267-si pensiya, 68 445-i müavinət, 10 859-u Prezident təqaüdü, 43 165-i ünvanlı dövlət sosial yardımı, 9 215-i fərdi uçot və sosial sığorta, 770-i dövlət icbari şəxsi sığorta, 29 770-i isə digər istiqamətlərlə bağlı olub.







