Cari ilin yanvar-oktyabr aylarında 15 547 vətəndaş müraciəti cavablandırılıb
02 NOYABR 2026
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2026-cı ilin yanvar-oktyabr ayları ərzində 15 547 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 6 002-si ünvanlı dövlət sosial yardımı, 2 928-i pensiya təyinatı, 3 863-ü sosial müavinət və təqaüd, 296-sı sosial sığorta və fərdi uçot, 2 458-i isə digər istiqamətlər üzrə olub.







