Bu ilin doqquz ayında DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınmış elektron arayışların sayı açıqlanıb
20 OKTYABR 2026
2026-cı ilin yanvar-sentyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 168 959 elektron arayış alınıb.
Bu arayışların 79 165-i pensiya, 39 414-ü müavinət və təqaüd, 33 355-i fərdi şəxsi hesab, 6 319-u ünvanlı dövlət sosial yardımı, 1 816-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 2 061-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 6 829-u isə əlilliyi olan şəxslərə qulluqla bağlı olub.







